Vəziyyət yenidən gərginləşib <span style="color:red;">CƏBHƏ XƏTTİ
01 fevral 2014 11:09 (UTC +04:00)

Vəziyyət yenidən gərginləşib CƏBHƏ XƏTTİ

 Cəbhə xəttində yenidən gərginləşib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 103 dəfə pozulub.

 

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Nəmirli, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
 

Düşmən cavab atəşi ilə susdurulub.

 

Qeyd edək ki, MN-in dünənki məlumatında atəşkəs rejiminin düşmən tərəfindən 50 dəfə pozulduğu bildirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5805

Oxşar yazılar