<b>Şəkidə iki qəza:</b> 1 ölü, 2 yaralı
29 mart 2014 10:42 (UTC +04:00)

Şəkidə iki qəza: 1 ölü, 2 yaralı

 Şəkidə baş verən iki yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölümlə nəticələnən yol qəzası otən gün axşam saatlarında rayonun Aşağı Kündüt kəndi ərazisində qeydə alınıb. 

 

Şəki rayonu, Oraban kənd sakini İsgəndərov Cabir Ağabala oğlunun idarə etdiyi  “VAZ 2108” markalı  55-BX-685 dövlət nömrə nişanlı avtomobil Şəki rayonu, Əlyar kənd sakini Vəliyev Yusif Vəli oğlunun idarə etdiyi “VAZ 2107”  markalı  90-BL-387 dövlət nömrə nişanlı avtomobil ilə toqquşub. Qəza nəticəsində C. İsgəndərovun idarə etdiyi avtomobildə olan sərnişinlər – 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Haqverdiyev Mehman Vəli oğlu və 1960-cı il təvəllüdlü,  Şəki rayonu, Oraban kənd sakini Nəsirov Rəsul Nəsib oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. 

 

Şəki MRX-dan APA-ya verilən məlumata görə, Rəsul Nəsirovun xəsarətləri ağır olduğundan o, xəstəxanada keçinib. Digər yaralı Mehman Haqverdiyevə isə ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
 

Piyadanın vurulması ilə nəticələnən digər yol qəzası isə Şəki şəhərinin Salman Mumtaz küçəsində qeydə alınıb. Hələlik istintaqa adı bilinməyən şəxs idarə etdiyi avtomobillə 2004-cü il təvəllüdlü, Şəki şəhər sakini Osmanova Çinarə Elman qızını vurub. Qəza nəticəsində xəsarət alan 10 yaşlı Çinarə Osmanovanın müalicəsi Şəki MRX-da aparılır.

 

Hər iki faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində araşdırma aparılır.

 
# 587
avatar

Oxşar yazılar

Bakıda  FACİƏ:   BDU-nun tələbəsi öldü

Bakıda FACİƏ: BDU-nun tələbəsi öldü

4 mart 2024 , 17:22
Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

4 mart 2024 , 17:07
İki ayda Bakı yollarında  25 nəfər   ölüb

İki ayda Bakı yollarında 25 nəfər ölüb

4 mart 2024 , 16:49
Azərbaycanda daha bir İran aşiqi  tutuldu

Azərbaycanda daha bir İran aşiqi tutuldu

4 mart 2024 , 16:34
Bakıda daha bir  məktəbli   vəfat etdi

Bakıda daha bir məktəbli vəfat etdi

4 mart 2024 , 16:12
Azərbaycanlı narkomanın törətdiyi  dəhşətli qəzada   6 nəfər öldü

Azərbaycanlı narkomanın törətdiyi dəhşətli qəzada 6 nəfər öldü

4 mart 2024 , 16:06
Kamran Əliyev onu təqaüdə göndərdi

Kamran Əliyev onu təqaüdə göndərdi

4 mart 2024 , 15:10
Bakıda kafedə KÜTLƏVİ DAVA

Bakıda kafedə KÜTLƏVİ DAVA

4 mart 2024 , 13:33