<b>Mingəçevirdə ağır yol qəzası:</b> sürücü xəstəxanada öldü
13 mart 2014 18:33 (UTC +04:00)

Mingəçevirdə ağır yol qəzası: sürücü xəstəxanada öldü

0

Mingəçevirdə 3 gün əvvəl yol qəzasında ağır xəsarət almış sürücü dünyasını dəyişib. APA-nın yerli bürosunun məlumatına görə, martın 10-da şəhərin Heydər Əliyev prospektində Rəhimov Zaur Vaqif oğlunun idarə etdiyi “VAZ-21012” markalı minik maşını ilə, Kərimov Tural Mustafa oğlunun idarə etdiyi “QAZ-3110” markalı maşının toqquşması nəticəsində hər iki sürücü xəsarət alaraq Mingəçevir Şəhər Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olan Z. Rəhimov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 791

Oxşar yazılar