APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov söyləyib.
Onun sözlərinə görə, erməni tərəfinin, erməni şərhçilərinin reaksiyaları da bunu təsdiq edir: “Güman edirəm ki, Azərbaycanın cəbhə xəttində mövqelərinin möhkəmləndiyini dərk etməsi və öz ölkələrində daxili narazılıqların artması ilə əlaqədar olaraq cəmiyyətin daxili narazılıqlardan diqqətini yayındırmaq üçün cəbhə xəttində provokasiyalar törətməyə çalışırlar. Azərbaycan bu provokasiyalara layiqincə cavab verib. Ancaq cavab vermək daha çox Azərbaycanın hərbi qüdrətinin kifayət qədər yüksək olduğunu nümayiş etdirməkdən gedir. Bu, Azərbaycanın torpaqlarını azad etməyə hazır olduğunun bir nümayişi oldu”.