<b>Bakıda yaşayış binasında yanğın söndürülüb</b> - YENİLƏNİB
02 fevral 2017 09:05 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

0

 

 

Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Xətai rayonunda hər mərtəbəsi 500 m² olan ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin 1 otağının arakəsmə divarı 7 m² sahədə, ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin 1 otağının tavanı 20 m² sahədə, ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin tavanı 6 m² sahədə və binanın dam örtüyünün yanar konstruksiyaları 500 m² sahədə yanıb.

 

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

***

 

07:20

 

Bakıda yaşayış binasında yanğın baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar