Bakıda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan vaqonun taxta üzlüyü, içərisində olan ev əşyaları və vaqona bitişik ümumi sahəsi 10 m2 olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.