<b>Bakıda bir gündə 2 vulkan püskürməsi </b> - <span style="color:red;">YENİLƏNİB
06 fevral 2017 17:38 (UTC +04:00)

Bakıda bir gündə 2 vulkan püskürməsi - YENİLƏNİB

 

Respublika Seysmoloji Xidmət Mərkəzi Qaradağda baş verən vulkan püskürməsi ilə əlaqədar məlumat yayıb.

 

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 6-da saat 12:20:40-da və 14:18:07-də AMEA nəzdində RSXM-nin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonu ərazisində 2 vulkan püskürməsi qeydə alınıb. 1-ci vulkanın davam etmə müddəti 3 dəq 23 san, 2-ci vulkanın davam etmə müddəti  6 dəqiqə olub.

 

***

 

15:54

 

Sabah Qaradağ rayonunda vulkan püskürməsi baş verən əraziyə ekspedisiya heyəti yollanacaq.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsindən Lent.az-a bildirilib ki, hazırda vulkanın harada baş verməsi, hansı vulkan olduğu  və nə qədər ərazini əhatə etməsi ilə bağlı dəqiq məlumat yoxdur.

 

Əraziyə baxış keçirdikdən sonra palçıq vulkanının ərazisi, baş vermə səbəbləri məlum olacaq. 

 

***

 

15:04

Bakıda vulkan püskürüb.

 

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Fərizə Əhmədova

Oxşar yazılar