Qaradağ rayonu ərazisində tapılan itlər tərəfindən parçalanmış naməlum kişi meyitinin ekspertizası aparılır.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a verilən məlumata görə, meyit çürümüş vəziyyətdə gətirilib: “ İlkin ehtimala görə, kişini itlər parçalayaraq öldürüb. Çünki meyitin qol və ayaq sümüklərində gəmirmə izləri də var. Cəsədin üzərində çoxlu tatular da olub ”.
Tibbi ekspertizanın nəticələri 2 həftədən sonra bəlli olacaq.
17:24
***
Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Sakinlər rayonun Puta qəsəbəsinə gedən yolda, yol kənarında naməlum meyitin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.
Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.
Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.
Hazırda ölən şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.