<b>Azərbaycan müdafiə xərclərini artırır </b>
20 oktyabr 2017 12:42 (UTC +04:00)

Azərbaycan müdafiə xərclərini artırır

Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faiz həcmində və ya 4068,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.

 

Lent.az-ın məlumatına görə, bu barədə 2018-ci il üçün dövlət və icmal büdcələri layihəsində nəzərdə tutulub. 

 

Bu vəsaitinin 2738,7 milyon manatı və ya 67,3 faizi milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə sərf olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar