<b>Azərbaycan İslam Hərbi Alyansına daxil olacağı xəbərinə XİN-dən </b><span style="color:red;">MÜNASİBƏT
09 yanvar 2017 14:31 (UTC +04:00)

Azərbaycan İslam Hərbi Alyansına daxil olacağı xəbərinə XİN-dən MÜNASİBƏT

 

Xarici İşlər Nazirliyi Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə KİV-də gedən xəbərlərə münasibət bildirib.

 

Lent.az-ın məlumatın agörə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur: "İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur".

 

 

***

 

12:28

 

Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.

 

APA-nın “dunyanews.tv” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

 

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

 

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar