[b]4 yaşlı uşaq əməliyyatdan bir gün sonra öldü[/b]
13 dekabr 2016 20:23 (UTC +04:00)

[b]4 yaşlı uşaq əməliyyatdan bir gün sonra öldü[/b]

İmişlidə 4 yaşlı uşaq əməliyyatdan bir gün sonra ölüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Muradxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Balakişi oğlu Mehdiyevi dekabrın 7-də “kriptorxizm” diaqnozu ilə rayon xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə,  əməliyyat normal keçib, əməliyyat öncəsi pasiyentdə heç bir əks göstəriş aşkar edilməyib. Amma buna baxmayaraq dekabrın 8-də axşam saatlarında uşağın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar