Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə noyabrın 28-də saat 14.00 radələrində Lənkəran-Lerik avtomobil yolunun 19-cu kilometrliyində-rayonun Təngivan kəndindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 1962-ci il təvəllüdlü Akif Şahverdiyevin idarə etdiyi 42-BN-627 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil Lerik istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək dərəyə yuvarlanıb.
Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır