“Ukraynanın daxili işlərinə qarışmaq fikrimiz yoxdur”
25 fevral 2014 13:50 (UTC +04:00)

“Ukraynanın daxili işlərinə qarışmaq fikrimiz yoxdur”

“Moskva Ukraynadakı vəziyyətə müdaxilə etmir və ümid edir ki, beynəlxalq tərəfdaşlar da bu məntiqlə hərəkət edəcək”.


 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

S.Lavrov bildirib ki, Moskvanın Ukraynanın daxili işlərinə müdaxilə etməmək qərarı qətidir: “Ümid edirik ki, hər kəs bu məntiqlə hərəkət edəcək. Ukraynadakı durumun sabitləşməsi üçün milli dialoqun tələb olunduğu mərhələdə birtərəfli həll yoluna cəhd olunmayacağına və durumun hüquqi müstəviyə qayıdacağına ümid edirik”.    

 

S. Lavrov bildirib ki, Moskva Ukraynaya kömək etməzdən əvvəl ölkənin gələcək hökumətinin tərkibini və proqramını bilməlidir: “Biz bilmək istəyirik ki, Ukraynanın bu günlərdə formalaşan yeni hökumətində kimlər yer alacaq, yeni hökumətin  proqramı necə olacaq”.

 

Onun sözlərinə görə, hazırda Ukraynada iqtisadiyyatının bərpası və inkişafı üçün normal şərait yaratmaq lazımdır: “Bu isə asayişin və milli barışığın bərpa olunmasını tələb edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26