“QAZel” və “VAZ-2106” toqquşdu, yaralanan var
16 oktyabr 2016 00:17 (UTC +04:00)

“QAZel” və “VAZ-2106” toqquşdu, yaralanan var

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 438-ci kilometrliyində, Tovuz rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

 

“QAZel” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, rayon sakini 1974-cü il təvəllüdlü Ədalət Namazov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar