“Portu” rekord təklifi qəbul etdi
31 yanvar 2014 12:19 (UTC +04:00)

“Portu” rekord təklifi qəbul etdi

Portuqaliya “Portu”su Fransa milli komandasının futbolçusu Elyakim Manqalanı İngiltərənin “Mançester Siti” klubuna satmağa razılaşıb. Lent.az-ın “A Bola”ya istinadən məlumatına görə, “Portu” 22 yaşlı müdafiəçini rekord məbləğə - 42 milyon avroya satacaq.

 

Manqala yanvarın 31-də tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. O, cari mövsümdə “Portu”nun heyətində 13 oyuna 2 qol vurub. Bunadək müdafiəçilər arasında rekord transfer  Rio Ferdinandın İngiltərə “Mançester Yunayted”inə keçidi sayılırdı. Ferdinand “mankunianlar”a 30 milyon funta başa gəlmişdi.

 

Qeyd edək ki, “Portu” daha bir futbolçusu Marat İzmaylovu “Qəbələ”yə mövsümün sonunadək icarəyə verib. Anlaşmanın maddi tərəfi açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983
avatar

Oxşar yazılar