Gəncədə minik avtomobili yanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Sadik Rəhimov küçəsində dayanan 1994-cü il təvəllüdlü Quliyev Rəşada məxsus “OKA” markalı avtomobil anidən alışıb. Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsini bir yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də avtomobil yararsız hala düşüb.