ABŞ-ın Kentukki ştatında qəribə hadisə baş verib.
“Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, Coni Malins adlı gənc “Facebook”da izləyicilərinin sayını artırmaq üçün meşəni yandırıb.
21 yaşlı amerikalı gənc məşhur meteorologiya mütəxxəsisi kimi tanınmaq üçün “Facebook”da tez-tez təbiətlə bağlı videolar çəkərək paylaşıb. O, istifadəçilərin diqqətini daha çox çəkmək üçün isə meşədə yanğın çıxarıb.
Polis tərəfindən saxlanılan C. Mulins ifadə verib.