Bu gün Bakıda kitab təbliğatı məqsədi ilə flash-mob keçirən “Dalğa” Gənclər Hərakatının üzvlərindən bir neçəsi polis tərəfindən saxlanılıb. Lent.az-ın qaynar.info-ya istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər təşkilatın sədr əvəzi Saleh Mehdizadə, üzvlər Kamran Həsənzadə və Fərid Eyyubovdur. Hər 3 şəxs Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.
Aksiya zamanı saxlanılanlar post patrul maşını ilə bölməyə gətirilərkən avtomobil yolda xarab olub. Bundan sonra saxlanılan gənclər polislə birgə maşını itələyərək bölməyə qədər gətiriblər.
Hazırda polis “Dalğa” üzvlərinin izahatını alır.