Bakıda oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin başa cinayəti üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Röyal Əliyevin ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 24-də “Azercell Telekom” MMC-yə məxsus rabitə stansiyasından 843 ABŞ dolları dəyərində 21 metr mis kabeli oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.