“Atletiko”nun baş məşqçisi “Barselona”ya namizəddir
26 fevral 2014 12:18 (UTC +04:00)

“Atletiko”nun baş məşqçisi “Barselona”ya namizəddir

0

İsraniyanın “Barselona” futbol klubunun rəhbərliyi hazırkı baş məşqçi Xerardo Martinoya əvəzedici axtarışına çıxıb. Lent.az-ın “Srort.es”ə istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis Kataloniya komandasını yayda tərk edə bilər.

 

Hərçənd, argentinalı baş məşqçinin hazırkı müqaviləsi 2015-ci ildə yekunlaşmalıdır. Lakin komandanın qeyri-sabit çıxışı rəhbərliyi baş məşqçi dəyişikliyinə əl atmağa sövq edir.

 

Namizədlər sırasında Ernesto Valverde (“Atletik”), Luis Enrike (“Selta”), Andre Villaş-Boaş (işsiz), Dieqo Simeone (“Atletiko”) və Üurgen Klorrun (“Borussiya” Dortmund, Almaniya) adları çəkilir. Habelə, Roberto Martines (“Everton”) və Vinçentso Montellanın (“Fiorentina”) namizədlikləri də nəzərdən keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar