<span style="color:red;">Mingəçevirdə faciə:  <b>2 nəfər hündürlükdən yıxılıb öldü</b>
30 dekabr 2016 12:31 (UTC +04:00)

Mingəçevirdə faciə: 2 nəfər hündürlükdən yıxılıb öldü

0

Mingəçevirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 29-da Ağcabədi rayon sakini Yaşar Hüseynov Mingəçevir şəhəri ərazisində binalardan (5 mərtəbəli yaşayış binası) birinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Y.Hüseynov orada ölüb.

 

Dekabrın 29-da Mingəçevirdə daha bir oxşar hadisə qeydə alınıb. Rövşən Alqayıtov ehtiyatsızlıqdan evinin eyvanından (5-ci mərtəbədən) yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Alqayıtov orada ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar