Kəlbəcər şəhər sakini saxta diplom satarkən saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi şəhərində yaşayan Kəlbəcər şəhər sakini Orxan İsayev Bakı Dövlət İqtisadiyyat Kollecinin saxta diplomunu Xırdalan şəhərində 700 manata satarkən saxlanılıb.
Araşdırma aparılır.