Tərtər rayonu, Hüsənli kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlaması yanıb.. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Neftçala rayonu, Kürqarabucaq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus "VAZ" marlkalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Masallı rayonu, Ərkivan kəndində bələdiyyəyə məxsus ərazidə 4 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından muhafizə olunub.
Biləsuvar rayonu, Acı Qışlaqoba ərazisində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan talvarın yanar konstruksiyaları, altına yığılmış 5 ton ot tayası və 3,5 ha sahədə kol-kos yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Rayonun Dərvişli kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,3 ton ot bağlaması və 1 ədəd qaz və elektrik plastmass sayğacların üzlükləri qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunb.
Qazax rayonu, Fərəhli kəndində (rayon mərkəzindən 40 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Cəlilabad rayonu, Göytəpə şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bütün yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.