Şabran şəhərində ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyü 30 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə ev sahibi tərəfindən və digər 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.