Bakıda 57 yaşlı kişi intihar edib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ağa Nemətulla küçəsi 63/65 ünvanının qarşısında baş verib. 1956-cı il təvəllüdlü Rauf Mütəllim oğlu Abdullayev qeyd olunan ünvanın qarşısında özünü qaz borusundan asıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.