Qusar rayonunun Zindanmuruq kəndində bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, balıqçılıq təsərrüfatında gözətçi işləyən, 1968-ci il təvəllüdlü Sərkərov Zabit Ziyadbəy oğlunun meyiti su kanalından tapılıb. Onu boğularaq öldüyü ehtimal olunur.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.