32 yaşlı kişi özünü dağın başında yandırdı
25 noyabr 2013 14:44 (UTC +04:00)

32 yaşlı kişi özünü dağın başında yandırdı

Şəkidə keçmiş məhbus özünü yandırıb. Lent.az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı Şəki rayon Polis İdarəsinə Qoxmuq kəndinin sakinləri – yeniyetmələr müraciət ediblər. Onlar bildiriblər ki, göstərilmiş kənddən üç kilometr aralıda, dağın başında yanmış insan cəsədi aşkarlayıblar. Uşaqlar cəsədin yaxınlığından siqaretlər, alışqan, mobil telefon və plastik qab tapıblar.

“İstintaq zamanı aydın olub ki, özünü yandıran Qoxmuq kənd sakini, 1981-ci il təvəllüdlü Musayev Hümbət Əlisəfa oğludur. Kişi üzərinə yanar maddə töküb və yandırıb. Müəyyənləşdirilib ki, intihar hadisəsi ötən şənbə günü törədilib, lakin dağda insanlar az-az peyda olduğu üçün Musayevin cəsədi dərhal aşkarlanmayıb”, - deyə, Şəki RPİ-dən bildiriblər.

Məlum olub ki, Musayev quldurluq hadisəsinə görə 9 ay həbsdə yatıb. Musayevin doğmalarının bildirdiklərinə görə, o, çoxlu borcunun olması səbəbindən intihar edə bilərdi. Kişi ailəli olmasa da, ətrafdakı insanların çoxuna borclu imiş.

Faktla bağlı araşdırma aparılır. Oxu.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1984
avatar

Oxşar yazılar