Lent.az-ın Bakıda baş verən qəzalarla bağlı növbəti görüntüləri təqdim edir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəzaların birincisində iki avtomobil, “Toyota” – “Land Gruiser” markalı nəqliyyat vasitələri toqquşur. Yol polisi əməkdaşlarının gözü qarşısında baş verən qəzaya səbəb, həmin avtomobillərdən birinin yol hərəkəti qaydasını kobud şəkildə pozmasıdır. Onlardan biri nəqliyyat axını ilə hərəkət edərkən qəflətən sola dönməyə istəyir və bu zaman sağ tərəfdən hərəkət edən avtomaşınla toqquşur. Həmin ərazidə sola dönməyə icazənin olub-olmadığını dəqiq deyə bilmərik. Amma icazə verilsə belə, həmin qəzaya səbəb olan nəqliyyat vasitəsi sola dönərkən sağ tərəfdən düzünə hərəkət edən avtomobilə yol verməli idi.
İkinci yol qəzasında həm sürət həddi, həm də qayda pozaraq heç nəfə əhəmiyyət vermədən başqasının yoluna çıxma açıq-aydın görünür. Nəticədə isə hər iki maşına ciddi ziyan dəyir. Qəzadan sonra hər iki nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq səkiyə çırpılması isə vəziyyəti daha da ağırlaşdırır. “Hundai” və “İnfiniti” markalı nəqliyyat vasitələrinin toqquşması nəticədə iki sərnişinin yüngül xəsarət alması ilə nəticələnir.