25 yaşlı oğlan əmisini qəbiristanlığa aparıb öldürdü
27 noyabr 2013 18:19 (UTC +04:00)

25 yaşlı oğlan əmisini qəbiristanlığa aparıb öldürdü

Gədəbəy rayonunda qətl hadisəsi törədilib. Lent.az-ın Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy sakini 25 yaşlı Anar Məmmədov əmisi, 39 yaşlı Əsəd Məmmədovla aralarında olan soyuq münasibətlərə qəbiristanlıqda son qoyub. Gənc oğlan qəbiristanlıqda əmisinə bıçaqla ağır bədən xəsarətləri yetirib. Yaralı xəstəxanada dünyasını dəyişib. Daha sonra cinayəti törədən şəxs məsuliyyətdən yayınmaq üçün ölkəni tərk etmək istəyib. Ancaq o, bu istəyini reallaşdıra bilməyib.

İşi aparan müstəntiq Asəf Mirzəyev bildirib ki, Anar Məmmədov əmisi Əsəd Məmmədovu bıçaqla vurduqdan sonra hadisə yerindən qaçıb: “Özünün deməsinə görə, bir gün Bakı şəhərində qalıb, sonra Gürcüstana getmək üçün Qazax rayonuna gəlib. Qazax rayonundan sərhədi keçərkən sərhəd məntəqəsində saxlanılıb”.

Saxlanılan Anar Məmmədov əməlindən səmimi peşmançılıq keçirdiyini deyib. O əmisini ölümcül yaralamasına səbəb kimi uzun müddətdir aralarında yaşanan gərginliyi göstərib: “Bütün şəraiti özü yaradıb. Məni vadar elədi, ona görə belə oldu. Özümdə deyildim, bilmədim hara gedirəm”.

Faktla bağlı araşdırmalar davam etdirilir. Anar Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1645
avatar

Oxşar yazılar