Şabranda törədilmiş bıçaqlanma hadisəsinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 14-də axşam saatlarında şəhər sakini Əşrəf Abbasov “qarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə Şabran Mərkəzi Xəstəxanasına gətirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini 1995-ci il təvəllüdlü Seymur Niftəliyev tutularaq polis şöbəsinə gətirilib. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib, aralarında yaranmış münaqişə zəmnində Ə.Abbasova xəsarət yetirdiyini bildirib.
Baş vermiş hadisə ilə əlaqədar Şabran RPŞ -nin İstintaq Bölməsində cinayət işi açılıb, ibtidai istintaq aparılır.