Xankəndidə müğənni həbs olundu  - SƏBƏB
03 sentyabr 2025 12:50 (UTC +04:00)

Xankəndidə müğənni həbs olundu - SƏBƏB

0

Xankəndidə müğənni narkotikə görə həbs olunub.

Lent.az xəbər verir ki, 35 yaşlı Laçın rayon sakini Əsgər Həsənzadə (ad və soyad şərti) 8 ay əvvəl Xankəndiyə gələrək restoranların birində müğənni kimi fəaliyyət göstərib. O, burada evlərin birində qalıb və yaşadığı mənzildən 6 ədəd atəşə yararlı avtomat patronu (7.62x39mm kalibrli) tapıb. Həmçinin onun sözlərinə görə, binanın həyətində gəzərkən isə yerdən bir kibrit qutusu narkotik maddə olan marixuana aşkar edərək öz istifadəsi üçün götürüb və yaşadığı mənzilə aparıb.

Xankəndi şəhər Polis Şöbəsinin əməkdaşları onun mənzilində yoxlama aparıblar. Masanın üzərində həmin kibrit qutusundakı narkotiki aşkar ediblər. Daha sonra davam edən yoxlama zamanı onun tapdığı patronlar da tapılaraq, götürülüb.

Əsgər Həsənzadə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq, odlu silah və sursatı daşıma, saxlama) və 234.1-ci (qanunsuz olaraq, satış məqsədi olmadan narkotik maddələri əldə edib saxlama) maddələri ilə cinayət işi açılıb.

Xankəndi şəhər Məhkəməsində hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Əsgər Həsənzadə cəzasını ümumi rejimli həbsxanada çəkmələ 7 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 704

Oxşar yazılar