Bakıda 2 ədəd velosiped oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oğurluq Səbail rayonu N.Rəfibəyli və Nizami küçələrindəki evlərin dəhlizlərindən edilib.
Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Tofiq Mürsəlov və Saatlı rayon sakini Tural Quliyev saxlanılıb.
Həmçinin Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun H.B.Zərdabi küçəsindəki evlərin dəhlizlərindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Məharət Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalar aparılır.
Saxlanılan şəxslərdən birinin polisə verdiyi ifadə məlum olub. Onun ifadəsində özünə bəraət qazandırması üsulu hamını heyrətə gətirib. Belə ki, saxlanılan şəxs, "harda nəzarətsiz velesiped tapırdıqsa, oğurlayırdıq, insanlar zəhmət çəksin velosipedlərini etibarlı yerə qoysun..." deyə, bildirib.