Türkiyədə 20 ton narkotik  yandırdılar, 25 min adam zəhərləndi
08 may 2025 14:41 (UTC +04:00)

Türkiyədə 20 ton narkotik yandırdılar, 25 min adam zəhərləndi

Türkiyənni Diyarbəkir şəhərinin sakinləri polislərin tonlarla narkotik yandırmasından sonra çətinliklə üzləşiblər. 

Lent.az xəbər verir ki, hadisə Lice qəsəbəsində baş verib. Məsul şəxslər 2023-2024-cü illərdə polis əməkdaşlarının keçirdiyi reydlər zamanı ələ keçirmiş 20,7 ton narkotik vasitəni qəsəbəyə daşıyıblar. Bitkilər bir neçə dəqiqə ərzində yandırılıb.

Hadisədən sonra 25 min əhalisi olan qəsəbəni tüstü bürüyüb və bir neçə gün keçsə də tüstü yox olmayıb.

“Bir neçə gündür ərazidən narkotik iyi gəlir. Pəncərələri aça bilmirik. Uşaqlarımız xəstədir, daim xəstəxanaya gedirik”, - deyə rayon sakinlərindən biri bildirib.

Mütəxəssislər hesab edir ki, hakimiyyət şəhər daxilində narkotiki yandırmamalı, əvəzində daha peşəkar üsullar seçməli idi. Mütəxəssislər belə hadisələrin tüstüdən nəfəs alanlarda ürəkbulanma, başgicəllənmə və hallüsinasiyalara səbəb olduğunu bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272

Oxşar yazılar

Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu

Qəza kilometrlərlə tıxaca səbəb oldu

22 iyun 2025 , 00:35