Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bakı-Qazax magistral yolunun Qovlar şəhərindən keçən hissəsində qeydə alınıb.
Hərəkətədə olan "VAZ 2107" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Zülfüqar Məmmədovu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.