Rusiyanın Moskva şəhərinin Bolşaya Sadovaya küçəsindəki Mossovet Teatrında “Evli gəlin” tamaşasının premyerası günü işçinin meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildiri ki, hadisə fevralın 24-də baş verib. Şahidlər bildiriblər ki, polis premyeradan iki saat əvvəl teatra gəlib. Sonradan məlum olub ki, işçilərdən biri iş yerində ölü tapılıb.
69 yaşlı kişi 6-cı mərtəbədəki otaqda ölüb. İlkin məlumata görə, o, infarkt keçirib.
Məlumata görə, dünyasını dəyişən teatr əməkdaşı yanğın təhlükəsizliyi xidmətində işləyib.