Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Aprelin 5-də Şəmkir rayonu ərazisində Ramal Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Lent.az-a Şəmkir rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı yetkinlik yaşına çatmayan şəxs tərəfindən rayonun Kür qəsəbəsi ərazisində Ramal Quliyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yetkinlik yaşına çatmamış rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
12:24
Şəmkirdə baş verən qətlin təfərrüatları məlum olub.
Qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il F.Paşazadənin bacısını sevirmiş.
Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum R.Quliyevə zəng edərək evlərinə çağırıb.
Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub.
R.Quliyev hadisə yerində həyatını itirib./APA
***
09:47
Şəmkirdə gənc oğlan qətlə yetirən şəxs tutulub.
Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.
***
09:37
Şəmkirdə qətlə hadisə baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki rayon sakini 2007-ci il təvəllüdlü R.Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./APA