Şəkidə piyada yolda CAN VERDİ
31 mart 2025 10:03 (UTC +04:00)

Şəkidə piyada yolda CAN VERDİ

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bu gün gecə 01:00 radələrində İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.

Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar