Lənkəran rayon sakini Xalid Həmidov polisə müraciət edərək özünə məxsus olan “Vaz 2107” markalı avtomobildən 12 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, dərhal müvafiq araşdırmalara başlanılıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Həmin qızıl-zinət əşyalarının X.Həmidovda olduğu üzə çıxıb.
Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.