Şəkidə ev qarət olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəki rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ona məxsus planşet, telefon, fotoaparat, bank kartları və içərisində pul olan pulqabının oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin ev sahibinin qohumu, əvvəllər də oğurluğa görə məhkum edilmiş Mingəçevir şəhər sakini İsmayıl Tahirov olduğu müəyyənləşib. O, şübhəli şəxs qismində saxlanılıb. İ. Tahirov törətdiyi əməlini etiraf edib, oğurladığı bank kartları və əşyalardan bir neçəsi ondan maddi sübut kimi götürülüb.
Aparılan istintaq zamanı məlum olub ki, həmin şəxs evdə heç kimin olmamasından istifadə edərək ora daxil olub və oğurluğu etdikdən sonra Bakı şəhərinə gedib. Oğurladıqlarının bəzilərini paytaxtda dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi pulu xərcləyib.
Faktla bağlı cinayət işi başlanılıb və İsmayıl Tahirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.