Daxili İşlər Nazirliyi Gəncə yoxa çıxan ana və övladları ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a açıqlamasında bildirib ki, həmin şəxslərin yaşadıqları evdən çıxaraq bir daha geri dönməmələri barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Hazırda həmin şəxslərin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək
***
saat 11:51
Azərbaycanda ana və iki övladı itkin düşüb.
Lent.az-ın məlumatına görə, hadisə Gəncə şəhərində qeydə alınıb. Şəhər sakini Jalə Qasımova, onun qızı 10 yaşlı Nigar və oğlu 6 yaşlı Eşqin aprelin 9-da naməlum şəraitdə yoxa çıxıblar.
Onların itkin düşməsi barədə polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.