Piyadanı maşın vurub qaçdı, 6 gün sonra öldü
05 noyabr 2022 15:17 (UTC +04:00)

Piyadanı maşın vurub qaçdı, 6 gün sonra öldü

Ağstafada avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə oktyabrın 30-u Köçəsgər-Ağstafa yolunun Eynallı kəndindən keçən hissəsində qeydə alınıb. Kabıyev Elmar Səməddin oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə piyada Məmmədov Rasim Kərəm oğlunu vuraraq, hadisə yerindən qaçıb.

Yaralı ağır xəsarətlərlə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, o, noyabrın 4-də xəstəxanda vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Mehman Nəbiyev

Oxşar yazılar