Ölkənin iki rayonunda "Jiquli" yandı
14 aprel 2022 09:25 (UTC +04:00)

Ölkənin iki rayonunda "Jiquli" yandı

Xaçmaz və Biləsuvarda avtomobillər yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xaçmaz şəhərində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Biləsuvar rayonunda Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolunun 45-ci kilometrliyində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı ağaclar yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

# 1470
avatar

Mehman Nəbiyev

Oxşar yazılar