Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Bolqarıstana PVC xammalı yükü aparan, İran vətəndaşının idarə etdiyi “Scania” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilib.
Dövltə Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, bu zaman nəqliyyat vasitəsinin yanacaq çənində şübhəli təsvirlər müəyyən edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənində süni olaraq hazırlanan, aşkarlanması xüsusilə çətinləşdirilmiş üçhissəli gizli saxlanc yerindən, ümumilikdə 113 bağlamada, xalis çəkisi 97 kiloqram 800 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 206-cı maddəsinə (qaçaqmalçılıq) uyğun olaraq cinayət işi başlanılıb.
Narkotik tapılan avtomobil