Yevlaxda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin R. Məmmədov küçəsində qeydə alınıb.
Burada 38 yaşlı Salmanov Ramil Zakir oğlu şəxsi münasibətlər zəminində 17 yaşlı Rəsulov Vüqar Telman oğlunu bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi başlanıb. R.Salmanov şübhəli şəxs qismində saxlanılıb.