Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib.
Qadın xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.