Maşınla arvadının yolunu kəsib başından güllələdi
16 may 2025 19:20 (UTC +04:00)

Maşınla arvadının yolunu kəsib başından güllələdi

Çanaqqalada boşanma prosesində olduğu iddia edilən qadın küçənin ortasında başından vurularaq öldürülüb. Hadisədən sonra şübhəli Uğur Z. saxlanılıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İsmetpaşa məhəlləsi İzmir küçəsində baş verən hadisədə Uğur Z. 34 GGZ 686 dövlət nömrə nişanlı avtomobili ilə 17 EE 166 dövlət nömrə nişanlı motosikleti idarə edən həyat yoldaşı Zeynep Z.nin yolunu kəsib. 

Aralarında yaranan mübahisədən sonra o, boşanma prosesində olan həyat yoldaşı Zeynep Z.ni özü ilə gətirdiyi tapança ilə başından vurub. Uğur Z. Bundan sonra maşına minərək qaçıb. 

Silah səslərini eşidən vətəndaşlar polis və sağlamlıq qruplarına xəbər verib. Həkimlər Zeynep Z.nin həyatını itirdiyini bildiriblər. Polislər arvadını vuran Uğur Z.ni hadisənin baş verdiyi ərazinin yaxınlığında saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar