Bakıda market qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 14-də Cavadxan küçəsindəki marketlərdən birinin dolabından 11.000 manat pul oğurlanıb.
Bu barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Hacızadə müəyyən edilərək saxlanılıb.