Qoyun keçi
09 noyabr 2021 12:58 (UTC +04:00)

Qoyun keçi

Mal-qara oğruları tutuldu - FOTO

Qubada mal-qara oğruları saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, vətənaşlardan daxil olmuş müraciətlər əsasında  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Emin Maxsudov və Tərlan Ağamirzəyevin qabaqcadan əlbir olaraq Quba şəhəri ərazisindən  7 baş xırdabuynuzlu və rayonun Alekseyevka kəndində yerləşən otlaq sahəsindən 2 baş iribuynuzlu heyvanı oğurladıqları müəyyən edilib. 

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Barlı kəndi ərazisindən  1 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Bəhruz Mehrivari saxlanılıb. 
Bundan başqa davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu bazar ərazisindən  bir ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Natiq Nuriyev saxlanılıb.

Faktlarla bağlı rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

# 2091
avatar

Mehman Nəbiyev

Oxşar yazılar