Külək Zaqatalanı işıqsız qoydu
08 sentyabr 2023 07:45 (UTC +04:00)

Külək Zaqatalanı işıqsız qoydu

Güclü külək və leysan Zaqatalada bir sıra fəsadlar törədib, rayon elektrik enerjisiz qalıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, sentyabrın 6-dan başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabir hava şəraiti höküm sürür. Bölgəni əhatə edən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları ərazisində fasilələrlə güclü külək, leysan yağışları və dolu müşahidə olunur. Leysan yağışları səbəbindən bölgənin  dağ çaylarında suyun səviyyəsi qalxıb. 

Ötən gün axşam saatlarından başlayaraq Zaqatala və Balakən rayonları ərazisində hava yenidən kəskin pisləşib, güclü külək əsib və rayonlara leysan yağıb. Güclü külək və leysan daha çox Zaqatala rayon ərazisində müşahidə olunub. Güclü külək səbəbindən rayon mərkəzində, rayonun dağ ətayi kəndləri olan Yuxarı Çardağlar, Car, Axaxdərə, Mazıx, Qəbizdərə və rayon mərkəzinə yaxın Göyəm, Aşağı Tala, Yuxarı Tala kəndlərinin inzibati ərazilərində ağaclar yıxılıb, elektrik naqilləri qrılıb. Gecə saatlarından rayonun demək olar ki, 80 faiz ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. 

Leysan səbəbindən Tala, Katex, Balakən və digər şaylarda suyun səviyyəsi hədən artıq qalxıb, caylardan qısa müddətli sel keçib. Yuxarı Çardaqlar, Car, Axaxdərə, Mazıx, Qəbizdərə, Yuxarı Tala, Göyəm və Aşağı Tala kəndlərində bəzi sakinlərin həyətyanı sahəsinə və evlərinin birinci mərtəbəsinə yağış suları dolub. Əkin sahələrinə, həyətyanı sahəsindəki bostan-tərəvəzə və meyvə ağaclarına ciddi ziyan dəyib. 

Hazırda müvafiq idarə və təşkilat nümayəndələri əraziyə ezam edilib, təmir bərpa işləri aparır, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. 

Qeyd edək ki, sentyabrın 6-ı səhər saat 07 radələrində Balakən rayonun Katex,  Zaqatala rayonunun Qəbizdərə və Mazıx kəndləri ərazisinə düşən güclü və iri dolu səbəbindən 100-dən yuxarə evin dam örtüyü yararsız hala düşüb. Evlər yağış suları altında qalıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Oxşar yazılar