Bakıda küçədə heyvana balta ilə işgəncə verən şəxs saxlanıldı
13 avqust 2024 19:10 (UTC +04:00)

Bakıda küçədə heyvana balta ilə işgəncə verən şəxs saxlanıldı

Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür.

Qeyd edək ki, naməlum şəxsin Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazidə iti balta ilə döyməsi ilə bağlı yeni iddialar yayılıb. Belə ki, həmin şəxsin övladını it dişlədiyi və nəticədə övladının dünyasını dəyişdiyi iddia edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar